“Avroviziya 2025” mahnı müsabiqəsi təhlükədə | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ultra-mühafizəkarların müsabiqəni ləğv etmək cəhdlərinə baxmayaraq, İsveçrə "Avroviziya-2025"in Bazeldə keçirilməsi üçün təxminən 40 milyon dollar ayırıb.
Gələn ilin mayında İsveçrənin Bazel şəhərində keçiriləcək Beynəlxalq Mahnı Müsabiqəsi demək olar ki, təhlükə altında idi.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, buna səbəb, müsabiqə üçün ayrılan vəsaitin ləğv edilməsini tələb edən ultra-mühafizəkar xristian partiyası olan İsveçrə Federal Demokratik İttifaqının hərəkətləri olub.
Layihənin əleyhdarları şounun keçirilməsinə çəkilən xərclərin - təxminən 40 milyon dolların həddən artıq olduğunu bildirərək öz mövqelərini əsaslandırıblar.
Onlar məbləğin məhdudlaşdırılmasını və ya tamamilə ləğv edilməsini tələb ediblər.
Lakin noyabrın 24-də səsvermənin nəticələrinə əsasən, "Avroviziya-2025"in hələ də İsveçrədə keçirilməsi qərara alınıb.
Hökumət layihənin maliyyələşdirilməsini təsdiqləyib və qeyd edib ki, o, turistlər, reklamlar və əlaqəli tədbirlər vasitəsilə təxminən 67 milyon dollar qazanacağını gözləyir.
Tam oxu
Xəbəri oxu