Avroviziya 2025in növbəti iştirakçısı o oldu

11.12.2024

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Avroviziya 2025"də yarışacaq daha bir iştirakçının adı bəlli olub.

Axşam.az xəbər verir ki, Çexiya ölkəsini yarışmada təmsil edəcək ifaçının adını açıqlayıb.

ADONXS kimi tanınan 29 yaşlı Adam Pavlovçin adlı müğənni ölkəni beynəlxalq musiqi yarışmasında təmsil etmək üçün seçilib. Onun müsabiqədə hansı mahnını ifa edəcəyi bəlli deyil.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью