“Avroviziya 2026” müsabiqəsinin aparıcıları məlum olub

29.01.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avroviziya 2026” mahnı müsabiqəsini Viktoriya Svarovski və Maykl Ostrovski aparacaq.

APA xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Viktoriya Svarovski və Maykl Ostrovski 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin aparıcıları olacaqlar.

Qeyd edək ki, 70-ci “Avroviziya” Mahnı Müsabiqəsinin yarımfinalları 12 və 14 may tarixlərində, böyük final isə 16 mayda Avstriyada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью