Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Avroviziya-2027” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər məlum olub.
Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) 71-ci “Avroviziya”nın 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində təşkil olunacağını açıqlayıb.
Qara dəniz sahilində yerləşən Burqas dünyanın müxtəlif ölkələrindən olan ifaçıları, nümayəndə heyətlərini, pərəstişkarları və jurnalistləri qəbul edəcək.
Müsabiqənin üç canlı yayımı 11 may çərşənbə axşamı, 13 may cümə axşamı və 15 may şənbə günü keçiriləcək.
Qeyd edək ki, 2027-ci il “Avroviziya”sı Bolqarıstan üçün müsabiqəyə ev sahibliyi etdiyi ikinci dəfə olacaq.