Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
2021-ci ildə Avroviziya qalibi olan “Maneskin” qrupunun solisti, 27 yaşlı Damiano Devid və 30 yaşlı aktrisa Dav Kameron ailə həyatı qurub.
OLAY yazır ki, cütlük Toskananın tam mərkəzində yerləşən Montalçinoda qapalı mərasim təşkil edib.
Damiano mərasimin keçiriləcəyi yerə ağ rəngli kabriolet avtomobillə gəlib. O, klassik qara kostyumdan imtina edərək açıq rənglərdə daha rahat tərzə üstünlük verib. Gəlin də ənənəvi gəlinlikdən fərqli seçim edib. Aktrisa ağ rəngli, üzərindən yarı şəffaf köynək, qalstuk və palazzo şalvarla tamamlanan uzunsov pencəkdən ibarət geyimdə mərasimə qatılıb.
Nikah Montalçino bələdiyyə sarayının tarixi zallarında baş tutub. Nikahı isə şəhərin meri Silvio Françeskelli rəsmiləşdirib.