Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2024-cü ildə "Avroviziya" mahnı müsabiqəsinin qalibi olmuş isveçli Nemo mükafatından imtina edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi müğənni İsrailin 2026-cı ildəki müsabiqəyə buraxılmasını göstərib.
Etiraz edən Nemo ona verilmiş mükafatı Avropa Yayım İttifaqının Cenevrədəki ofisinə göndərib.
Qeyd edək ki, bir neçə gün əvvəl 4 ölkə - İspaniya, İrlandiya, Niderland və Sloveniya İsrailin gələn ilki müsabiqədə iştirakına görə yarışmaya qatılmayacağını bildirmişdi.
L.Tağıyeva