Avroviziya təmsilçilərimiz illər sonra belə barışıb

25.06.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Avroviziya" təmsilçilərimiz Samirə Əfəndi və Dilarə Kazımova illər sonra barışıb.

Axşam.az-ın məlumatına görə, bu barədə müğənni Dilarə Kazımova "İncə səhər" verilişinə müsahibəsində bildirib. Sənətçi həmkarı ilə münasibətlərinin düzəldiyini və artıq hər şeyin qaydasında olduğunu deyib:

"Biz barışdıq. Bir-birimizə dəstək olmalıyıq. Mən həmişə Samirəyə dəstək olmuşam, özü də səsi gözəl xanımdır. Hərdən danışmırdıq, bu da gündəmə çevrildi. Sonra isə barışdıq, indi hər şey gözəldir."

D.Kazımova uzunmüddətli küsülülüyün İTV-nin Yeni il çəkilişləri zamanı bitdiyini vurğulayıb:

"Çəkiliş zamanı qrim otağında bərabər idik. Orada salamlaşdıq, söhbətləşdik və beləcə barışdıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью