Avroviziya2025dən imtina edənlərin yerinə o seçildi

11.12.2024

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Monteneqronu "Avroviziya-2025"dən imtina edən təmsilçisi “NeonoeN” qrupunun yerinə kimin müsabiqəyə qatılacağı açıqlanıb.

Axşam.az xəbər verir ki, Nina Zizik (Nina Žižić) adlı müğənni ölkəni beynəlxalq musiqi yarışmasında "Dobrodošli" ("Xoş gəlmisiniz") mahnısı ilə təmsil edəcək. 

Xatırladaq ki, “NeonoeN” qrupunun müsabiqəyə təqdim etdiyi “Clickbait” mahnısının daha əvvəl - 2023-cü ildə "Montesong" festivalında da səsləndirildiyi ortaya çıxıb. Qaydaları pozan qrup daha sonra müsabiqədən imtina edib.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью