“Avroviziya”dan yeni qərar Gərgin geosiyasi vəziyyətlə bağlı

13.08.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Yayımları İttifaqı (EBU) "Avroviziya" Mahnı Müsabiqəsinin təşkilatçılığı ilə bağlı qaydalara mühüm dəyişiklik edib.
Kulis.az xəbər verir ki, yeni qaydalara əsasən, silahlı münaqişə və ya gərgin geosiyasi vəziyyətdə olan qalib ölkələr yarışmaya ev sahibliyi etmək hüququnu avtomatik olaraq itirə bilər.
EBU-nun açıqlamasına görə, ölkənin və ya onun yaxın ətrafının təhlükəsizliyinə və sabitliyinə ciddi təsir göstərən amillər olduqda, qalib gələn ölkə ev sahibliyinə uyğun sayılmayacaq.
Birlik qərar qəbul etməzdən əvvəl müstəqil təhlükəsizlik qiymətləndirməsi aparacaq.
Əgər qalib ölkənin ev sahibliyi ləğv olunarsa, EBU təşkilatçılığı başqa ölkəyə həvalə edəcək və həmin ölkə müsabiqəni başqasının adından deyil, öz adından təşkil edəcək.
Rəsmi bəyanatda hər hansı ölkənin adı çəkilməsə də, İsrail 2025 və 2026-cı illərdə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, İspaniya, İrlandiya, Niderland, Sloveniya və İslandiya Qəzza müharibəsinə etiraz olaraq Vyanada keçirilən "Avroviziya-2026" yarışmasını boykot etmişdi.
Xatırladaq ki, 2022-ci ildə müsabiqənin qalibi olan Ukrayna müharibə səbəbindən 2023-cü ildə təşkilatçılığı həyata keçirə bilməmiş və yarışma Böyük Britaniyanın Liverpul şəhərində təşkil olunmuşdu.

Çar senzurasından qaçanlar, milyonçuların maliyyələşdirdiyi nəşrlər – Mətbuat tariximizin ilk 10 qəzet və jurnalı MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı İranda məşhur aktyora ağır cəza - 99 qamçı vurulacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью