Avrozonada biznes fəallığı artımını davam etdirib

23.11.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada biznes fəallığı artımını davam etdirib.

Banco.az xəbər verir ki, “S&P Global” tərəfindən hesablanan Birləşmiş Satınalma Menecerləri İndeksi (PMI) noyabr ayında 51,7 səviyyəsində sabit qalıb. İndeks iqtisadi artımla daralma arasındakı sərhəd hesab olunan 50 həddini aşmaqda davam edib. İqtisadçılar indeksin cüzi artacağını gözləyirdilər.

Avrozonanın iki ən böyük iqtisadiyyatı arasında ciddi fərqlənmə müşahidə olunub. Büdcə və qarşıdan gələn seçkilərlə bağlı narahatlıqlar səbəbindən iqtisadi artımın dayanma nöqtəsinə gəldiyi Fransada biznes fəallığındakı durğunluq gözləniləndən daha da dərinləşib. Almaniyada isə uzun müddətdir gözlənilən iqtisadi canlanmanı dəstəkləyən böyük həcmli dövlət xərcləri sayəsində göstərici bütün proqnozları üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью