Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Avropa Statistika İdarəsi (Eurostat) sentyabr ayına dair yekun məlumatları açıqlayıb.
Marja xəbər verir ki, Avrozonada istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% yüksəlib. Avqust ayında bu göstərici 2% idi.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Avropa Mərkəzi Bankının (AMB) illik inflyasiya hədəfi isə 2% səviyyəsindədir.
İstehlak qiymətləri aylıq müqayisədə 0,1% artıb. Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar illik inflyasiyanın 2,2%, aylıq inflyasiyanın isə 0,1% olacağını proqnozlaşdırmışdılar. Beləliklə, Avrozonada inflyasiya göstəriciləri gözləntilərlə uyğun nəticələnib.
Sentyabr ayında Avrozonada baza inflyasiya isə illik əsasda proqnozları üstələyərək 2,4%-ə yüksəlib.
İnflyasiyanın əsas komponentlərinə baxdıqda, sentyabr ayında ən yüksək illik artım 4,7% ilə emal edilməmiş qida məhsullarında müşahidə olunub. Bu göstəricinin ardınca 3,2% ilə xidmət sektoru, 3% ilə isə alkoqol və tütün daxil olmaqla digər qida məhsulları gəlir.