Avrozonada inflyasiya mərkəzi bankın hədəfini üstələyib

18.12.2024

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avrozonada illik inflyasiya artım göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona və Avropa İttifaqının (Aİ) noyabr ayı üzrə yekun inflyasiya məlumatlarını dərc edib.

Məlumatlara görə, Avrozonada oktyabrda 2 faiz olan illik inflyasiya noyabrda 2,2 faizə yüksəlib. Bu dövrdə CPI aylıq müqayisədə isə mənfi 0,3 faiz təşkil edib.

Bazar proqnozları noyabrda Avrozonada illik inflyasiyanın 2,3 faiz, aylıq inflyasiyanın isə mənfi 0,3 faiz olacağı istiqamətində idi.

Noyabrda Avrozonada baza inflyasiyası illik 2,7 faiz, aylıq mənfi 0,6 faiz səviyyəsində ölçülüb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Avrozonada inflyasiya səviyyəsi noyabrda Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfini keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью