Avrozonada inflyasiya səviyyəsi 2 faizlik hədəfdən aşağı enib

03.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Roma, 3 iyun, AZƏRTAC

May ayında Avrozonada inflyasiya səviyyəsi 1,9 faiz təşkil edib. Beləliklə, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağı olub.

AZƏRTAC xəbər verir ki, inflyasiya səviyyəsi son 8 ayda ilk dəfə və 2021-ci ildən bəri isə ikinci dəfə proqnozdan az olub.

Aprel ayında 0,6 faizlik artımla müqayisədə mayda aylıq inflyasiya göstəricisi dəyişməyib. Xidmətlər sektorunda qiymət artımı apreldəki 4 faizlik göstərici ilə müqayisədə may ayında 3,2 faizə geriləyib. Ərzaq və enerji qiymətləri istisna olmaqla baza inflyasiya göstəricisi 2,7 faizdən 2,3 faizə düşüb.

Xatırladaq ki, apreldə Avrozonada 2,2 faizlik inflyasiya qeydə alınmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью