Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada iqtisadi inam zəifləyib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası sentyabr ayı üzrə biznes və istehlakçı sorğularının nəticələrini açıqlayıb.
Məlumata görə Aİ-də iqtisadi inam indeksi sentyabr ayında aylıq müqayisədə 0,4 bənd azalaraq 97,9 bənd təşkil edib.
Avrozonada da indeks eyni dövrdə 0,5 bənd azalaraq 97,9 bəndə düşüb.
Bazar gözləntiləri Avrozonada indeksin sentyabr ayında 99 bənd olacağı istiqamətində idi.
İndeksdəki geriləmə əsasən istehlakçı inamının zəifləməsindən qaynaqlanıb.
Avrozonada istehlakçı inamı indeksi sentyabr ayında mənfi 15,5-dən mənfi 16,5-ə, Aİ-də isə mənfi 15-dən mənfi 15,8-ə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!