Avrozonada işsizlik səviyyəsi dəyişməyib

01.10.2026

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik səviyyəsi dəyişməyib.

Banco.az xəbər verir ki, Avrozonada mövsümi amillərdən təmizlənmiş işsizlik səviyyəsi avqust ayında 6,4 faiz təşkil edib.

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.

Məlumata görə Avrozonada iyul ayında 6,4 faiz olan işsizlik səviyyəsi avqust ayında da dəyişməyərək eyni səviyyədə qalıb. Aİ-də də işsizlik səviyyəsi avqust ayında aylıq müqayisədə dəyişməyərək 6,1 faiz olub.

İşsizlik səviyyəsi Aİ və Avrozonada illik müqayisədə 0,1 faiz bəndi artıb. Ötən ilin avqust ayında bu göstərici Avrozonada 6,3 faiz, Aİ-də isə 6 faiz təşkil edib.

Avqust ayında işsizlik səviyyəsi Finlandiyada 10,3 faiz, İspaniyada 10 faiz, İsveçdə 8,7 faiz, Fransada 8,2 faiz, Yunanıstanda isə 7,4 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью