Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehlakçı inamı gözləntilərin əksinə artıb.
Banco.az xəbər verir ki, Avrozonada istehlakçı inamı noyabr ayında əvvəlki ayla müqayisədə 1 bənd artıb.
Avropa Komissiyasının cümə günü açıqladığı məlumatlara görə, istehlakçı inamı indeksi oktyabrda mənfi 17,9 olduğu halda, noyabrda mənfi 16,9-a yüksəlib.
“Bloomberg”in sorğusunda iştirak edən analitiklərin median proqnozu isə indeksin mənfi 18-ə düşəcəyi yönündə idi.
Bizi sosial şəbəkələrdən izləyin!!