Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonadan birgə müdafiə satınalmalarının artırılması çağırışı.
Banco.az xəbər verir ki, Avroqrupun sədri Kiryakos Pyerakakis Avropanın artan müdafiə xərclərini dayanıqlı şəkildə maliyyələşdirə bilməsi üçün birgə satınalmaları artırmalı və daha çox özəl sərmayəni cəlb etməli olduğunu bildirib.
Pyerakakis Brüsseldə keçirilən Avrozona maliyyə nazirlərinin iclasından sonra jurnalistlərə açıqlama verib.
NATO-nun baş katibi Mark Ruttenin də iştirak etdiyi toplantıda müdafiə xərclərinin maliyyələşdirilməsi məsələsini müzakirə etdiklərini bildirən Pyerakakis deyib: “Avropa öz təhlükəsizliyinə görə məsuliyyəti üzərinə götürməlidir. Ortaya çıxan təhdidlər daha böyük həcmdə və davamlı investisiyalar tələb edir”.
Bizi sosial şəbəkələrdən izləyin!!