Avstraliya “Abrams” tanklarını Ukraynaya yola salıb

18.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Romada Ukrayna prezidenti Volodimir Zelenski Avstraliyanın baş naziri Entoni Albenzi ilə görüşüb.

APA UNİAN-a istinadən xəbər verir ki, tərəflər görüş çərçivəsində əsasən Ukraynaya müdafiə dəstəyi, əməkdaşlıq və Rusiyaya təzyiqin artırılmasını müzakirə edib.

İclasda müdafiəyə dəstək ayrıca müzakirə olunub. Avstraliyanın baş naziri “Abrams” tanklarının artıq Ukraynaya yola salındığını və yardımın ümumi məbləğinin 1,5 milyard dollar olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью