Avstraliya Azərbaycan İran sərhədinə diplomatlar göndərib

24.06.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın Xarici İşlər Nazirliyinin əməkdaşları İranı tərk etmək istəyən Avstraliya vətəndaşlarına yardım etmək üçün İran-Azərbaycan sərhədindədirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq öz “X” hesabında yazıb.

"Avstraliya hökumətinin təşkil etdiyi aviareyslə 119 avstraliyalı və onların ailə üzvləri Təl-Əvivdən təhlükəsiz şəkildə çatdırılıb. İsraildən kommersiya reysləri bəzi məhdudiyyətlərlə bərpa edilib. Xarici İşlər Nazirliyinin əməkdaşları avstraliyalılara İranı tərk etməkdə kömək etmək üçün İran-Azərbaycan sərhədində qalırlar", - XİN başçısı qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью