Avstraliya Baş naziri İranı antisemitik hücumların təşkilində ittiham edib

26.08.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstraliyanın Baş naziri Entoni Albaneze İranı ölkəsində baş vermiş azı iki antisemit hücumu yönləndirməkdə ittiham edib.

"Report" "Politico"ya istinadən xəbər verir ki, baş nazir Avstraliyanın kəşfiyyat xidmətlərinin İranın Sidney şəhərindəki bir restorana və Melburndakı bir sinaqoqa edilən hücumlarla əlaqəsi olduğunu müəyyən etdiyini açıqlayıb.

O bildirib ki, bu hadisələrlə əlaqədar olaraq Avstraliya çərşənbə axşamı İran səfirini ölkədən çıxarır.

“Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı kifayət qədər etibarlı kəşfiyyat məlumatı toplayaraq son dərəcə narahatedici nəticəyə gəlib. İran hökuməti bu hücumlardan azı ikisini birbaşa yönləndirib. İran öz iştirakını gizlətməyə çalışıb, lakin təşkilat bu hücumların arxasında məhz İranın olduğunu hesab edir”, - deyə Albaneze bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью