futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi “Uotford”dan Nestori İrankundanı transfer edib. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İrankundanın transferi üçün “Uotford”a 17 milyon avro ödənilib.
Yarımmüdafiəçi Avstraliya yığmasının da üzvüdür. O, bu yay keçirilən dünya çempionatında 4 oyunda 1 qol vurub.