Avstraliya Parlamenti 16 yaşdan kiçiklərə sosial media qadağasını təsdiqlədi | Icma.az
Icma.az, Operativmedia portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Operativ Media" xəbər verir ki, Parlamentin rəsmi saytında yayımlanan məlumata görə, qanun layihəsi 115 deputatdan 102-nin lehinə səsi ilə qəbul edilib.
Əleyhinə səs verənlər arasında Yaşıllar Partiyasının bütün fraksiyası və bir neçə müstəqil deputat olub.
Qanun layihəsi yaxın günlərdə Senata təqdim ediləcək və burada da böyük ehtimalla senatorların dəstəyini alacağı gözlənilir.
Avstraliyanın Baş Naziri Entoni Albanese qanun layihəsini şəxsən təqdim edərək, həftənin sonuna qədər onun “şərtsiz təsdiq” ediləcəyinə ümid etdiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu