Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avstraliyanın Kvinslend ştatında arxeoloqlar təxminən 40 il əvvəl polis məntəqəsinin həyətində basdırıldığı ehtimal edilən tarixi sənədləri üzə çıxarmağa çalışırlar.
Axtarılan materialların keçmişdə baş vermiş korrupsiya halları və müharibə illərindəki internasiya hadisələri barədə mühüm məlumatlar ehtiva edə biləcəyi güman olunur. Sənədlərin tapılması həmin dövrün tarixi hadisələrinin daha dərindən araşdırılmasına imkan yarada bilər.
Lakin ilkin qazıntılar hələlik nəticə verməyib. Arxeoloqların axtarışları davam etdirməsi və sənədlərin mümkün yerinin müəyyənləşdirilməsi gözlənilir.
Hazırladı:
S.Rzayeva
XQ