525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avstraliyanın Cənubi Uels bölgəsindəki Kargelliqo gölündə atışma baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya təhlükəsizlik qüvvələri məlumat yayıb.
Bildirilib ki, bir ünvanda atışma baş verdiyi barədə məlumat aldıqdan sonra dərhal əraziyə qruplar göndərilib. Məlum olub ki, atışma nəticəsində ikisi qadın olmaqla üç nəfər həyatını itirib, ağır yaralanan bir nəfər isə xəstəxanaya aparılıb.
Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib və polis bölgə sakinlərini hadisə yerindən uzaq durmağa və evdə qalmağa çağırıb.
İbrahim Cəfərov