Avstraliyada daşqınlar 50 min insanı evsiz qoyub

21.05.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Avstraliyada daşqınlar nəticəsində 50 minə yaxın insan evsiz qalıb.
 Demokrat.az xəbər verir ki, bu barədə  Avstraliya Dövlət Fövqəladə Hallar Xidmətinin  saytında məlumat verilib.
Məlumata görə, hazırda 48 mindən çox insan təcrid olunmuş vəziyyətdədir. Gecə yarısından bəri  289 xilasetmə əməliyyatı həyata keçirilib.
Zərərçəkənlərə yardım üçün helikopter və qayıqlardan istifadə edilib. Xilasetmə əməliyyatlarında 40-dan çox qrup iştirak edir. Təxliyə edilənlərin sayının artacağı gözlənilir.
Cümə gününə qədər ştatın şimalında güclü yağış gözlənilir. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью