Avstraliyada deputatı maşın vurdu

19.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Avstraliyanın Vanqaratta şəhərində federal parlamentin müstəqil deputatı Helen Heynsin üzərinə avtomobil sürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Viktoriya ştatının polisinə və Avstraliyanın Baş naziri Entoni Albanezeyə istinadən məlumat yayıb. 

Deputat öz ofisinin yaxınlığında baş vermiş hadisə nəticəsində xəsarət alıb. 

Avtomobili idarə edən 43 yaşlı sürücü saxlanılıb. Müstəntiqlər hücumun motivlərini və hadisənin hansı şəraitdə baş verdiyini araşdırır.

Albaneze baş verənləri qətiyyətlə pisləyərək zərərçəkənə, onun ailəsinə və seçicilərinə dəstəyini ifadə edib.

Viktoriya polisinin superintendantı vəzifəsini icra edən Eşli Meyson vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarəti altında olduğunu və ictimai asayiş üçün heç bir təhlükənin olmadığını bəyan edib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью