Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Avstraliyanın Kvinslend ştatının cənub-şərqində güclü yağışlar və qəfil daşqınlar səbəbindən sakinlərə təxliyəyə hazırlaşmaq barədə xəbərdarlıq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “7News” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bəzi ərazilərdə 12 saat ərzində 200 millimetrdən çox yağıntı qeydə alınıb. Moreyfilddə cəmi üç saat ərzində təxminən 170 millimetr, Kabalçer və Elimbada isə 160 millimetr yağış yağıb.
Müraciətlərin 152-si Moreton Bay bölgəsindən daxil olub.
Moreton Bay Bələdiyyəsi Berpengari və Berpengari-İst sakinlərinə təxliyə xəbərdarlığı edib. Berpengari çayında suyun səviyyəsi 10 metrə çatıb ki, bu da normadan 6,5 metr yüksəkdir. Suyun səviyyəsinin yüksəlməkdə davam etdiyi bildirilir.
Bələdiyyə sakinləri təhlükəsizlik tədbirlərini gecikdirməməyə çağırıb və daşqınların şiddətlənəcəyi təqdirdə ərazini tərk etməyə hazır olmalarının vacibliyini vurğulayıb.
Güclü yağışlar nəticəsində 14 məktəb və onlarla yol, o cümlədən Maunt Lindsi şossesinin bir hissəsi bağlanıb. Maunt Barni yaxınlığındakı düşərgədə qalan üç nəfər xilas edilib. Onlardan ikisi hava yolu ilə, digəri isə yerüstü xilasetmə qrupları tərəfindən təxliyə olunub. Gecə ərzində iki xilasetmə əməliyyatı da həyata keçirilib.
Murad İsmayıl