Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "9News" telekanalı məlumat verib.
Məlumata görə, attraksion operatoru rəsmi bağlanışdan əvvəl işdən gedib və işıqlandırmanı söndürüb. Ziyarətçilər çarxın ən yuxarı nöqtəsində qaranlıqda qalıblar.
"Onlar attraksion üçün pul ödəyiblər. Operatorun ərazini tərk etdiyini görüblər və orada qalıblar", - deyə telekanalın istinad etdiyi Fövqəladə Xidmətdən bildirilib.
Ziyarətçilər telefon fənərləri ilə yoldan keçənlərin diqqətini cəlb etməyə çalışıblar, lakin bu da kömək etməyib. Bu zaman onlar Fövqəladə Xidmətə zəng ediblər. Təxminən iki saat sonra attraksion əməkdaşları geri qayıdaraq sərnişinləri yerə endiriblər.
Çarx sahibləri baş verənlərdən peşman olduqlarını bildiriblər. Onlar oxşar hadisələrin qarşısını almaq üçün daxili araşdırmaya başlayıblar.