Avstraliyada köpəkbalığı hücumu Ölən və yaralanan var

27.11.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatındakı Kylies sahilində köpəkbalığı 20 yaşlarında olan bir qadına  hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Hadisə nəticəsində qadın həyatını itirib, yanında olan kişi isə ağır yaralanıb və helikopterlə xəstəxanaya çatdırılıb. 

Hadisə bu gün səhər saat 06:30 radələrində baş verib.

Rəsmilərin bildirdiyinə görə, hücumun böyük köpəkbalığı tərəfindən edildiyi ehtimal olunur.

Yaralının vəziyyətinin ağır, lakin stabil olduğu açıqlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью