Avstraliyada meşə yanğınları davam edir

26.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını səbəbindən 66 min hektar ərazi məhv olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, həddindən artıq isti hava və külək səbəbindən yanğını nəzərət altına almaq hələ də mümkün olmayıb.

Bildirilib ki, ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğını söndürmək üçün Viktoriyaya yola düşüb.

Yanğınlardan təxliyə edilənlər üçün ölkənin  Dunkeld, Stavell və Hamilton əyalətlərində yardım mərkəzləri açılıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью