Avstraliyada meşə yanğınları ilə mübarizə davam edir

30.01.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyada son illərin ən böyük meşə yanğınlarından biri baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yanğın Viktoriya ştatının Grampians Milli Parkında ildırım vurması nəticəsində başlayaraq böyük meşəlik əraziyə sıçrayıb. 

65 min hektardan çox ərazini əhatə edən yanğına görə Milli Park ətrafında yerləşən 100-ə yaxın evdə təxliyə prosesi başlayıb.

Qeyd edək ki, 2019-cu ildə ölkə tarixinə "Qara yay” kimi keçən yanğının söndürülməsi 6 ay davam etmişdi. 

Cəmalə 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью