Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 15 iyul, AZƏRTAC Avstraliyada ölkə tarixinin ən böyük və mürəkkəb hərbi təli
Təlimlərə 35 minə yaxın hərbçi cəlb olunub. AZƏRTAC xəbər verir ki, artıq on birinci dəfədir keçirilən “Talisman Sabre” təlimləri bu il miqy
Üç həftə davam edəcək təlimlər zamanı Avstraliya və tərəfdaş ölkələrin hərbçiləri ölkənin bir sıra bölgələrində müxtəlif tapşırıqları icra e
İlk dəfə olaraq təlimlərin bir hissəsi ölkədən kənarda – Papua-Yeni Qvineyada keçiriləcək.
Bu təlimlərdə ABŞ, Kanada, Fici, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Papua-Yeni Qvineya, Filippin, Koreya Respublikası, Sinqapur, Tailand, Tonqa və Böyük Britaniya silahlı qüvvələri iştirak edəcək.
Təlimlər çərçivəsində döyüş atışları, sahə məşqləri, dəniz desantının çıxarılması, quru qoşunlarının manevrləri, həmçinin hava və dəniz əməliyyatları nəzərdə tutulub.
Manevrlər zamanı Avstraliya Silahlı Qüvvələrinin yeni imkanları – o cümlədən UH-60M “Black Hawk” helikopterləri və “Precision Strike Missile” (yüksək dəqiqlikli raket sistemi) nümayiş olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.