Avstraliyada rekord istilər gözlənilir

28.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Avstraliyanın cənub ştatlarında kəskin isti hava şəraiti davam edir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Avstraliya və Viktoriyada rekord istilərin qeydə alınacağı gözlənilir.

Meteorologiya bürosunun məlumatına görə, bəzi yerlərdə temperatur 50 dərəcəyə yüksələ bilər. Məsələn, Viktoriya ştatının şimal-qərbindəki Oyen və Mildurda 49 dərəcə isti proqnozlaşdırılır. Əgər bu baş verərsə, 2009-cu ildə qeydə alınmış 48,8 dərəcəlik rekord yenilənəcək.

Melburnda da vəziyyət ürəkaçan deyil. Gözlənilən 45 dərəcə orta illik temperaturdan 20 vahid çoxdur. Yeri gəlmişkən, bu şəhərdə rekord isti 46,4 dərəcə təşkil edib.

Qeyd edək ki, Avstraliyada məhz kəskin istilər üzündən xəstəxanalara müraciət edənlərin sayı bir neçə dəfə artıb. Ekspertlərin bildirdiyinə görə, ölkədə istilərdən ölənlərin sayı digər təbii fəlakətlər üzündən dünyasını dəyişənlərdən çoxdur.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью