Avstraliyada silahlı hücum nəticəsində üç nəfər həyatını itirib

22.01.2026

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ştatında cümə axşamı günü saat 16:40 radələrində baş verən atışmada üç nəfər həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ştat polisinin açıqlamasına görə, silahlı hücum xəbəri alındıqdan sonra Sidneydən 450 kilometr qərbdə yerləşən Leyk Karcelligo şəhərinə təcili yardım xidmətləri çağırılıb.

Polis üç nəfərin - iki qadının və bir kişinin öldüyünü təsdiqləyib. Digər bir nəfər ağır, lakin stabil vəziyyətdə xəstəxanaya aparılıb.

Cinayət yeri əhatəyə alınıb. Polis insanları ərazidən uzaq durmağa, yerli sakinləri isə evdə qalmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью