Avstraliyada təyyarə qəzaya uğradı: Pilot öldü

30.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

Avstraliyanın Yeni Cənubi Uels ştatında kiçik təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində pilot dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Avstraliya Yayım Korporasiyası məlumat verib.

Bildirilib ki, iki nəfərin olduğu kiçik təyyarə ştatın şimal sahillərində qəzaya uğrayıb.

Polisdən verilən açıqlamada hələlik şəxsiyyəti müəyyən edilməmiş pilotun hadisə yerində öldüyü, ağır yaralanan sərnişinin isə xəstəxanaya aparıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Roza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью