Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli tennisçi Zeynəb Sönməz Avstraliyada tarix yazmaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, Melburn şəhərində ilin ilk böyük dəbilqə seriyalı turniri olan ''Avstraliya Open'' davam edir.
Zeynəb təsnifatda 3 rəqibi keçərək turnirin əsas mərhələsinə yüksəlmiş, burda keçirdiyi ilk oyunda dünya reytinqinin 11-ci pilləsində qərarlaşan rusiyalı Yekaterina Aleksandrovanı məğlub edərək böyük sürprizə imza atmışdı.
Reytinqin 112-ci pilləsində qərarlaşan Sönməz ikinci mərhələdə də yaxşı mənada təəccübləndirməyi bacarıb.
O, reytinqin 74-ci pilləsində qərarlaşan macarıstanlı Anna Bondarı 6:2, 6:4-lük hesablarla iki setdə yenməyi bacarıb.
Zeynəb bununla da ''Avstraliya Open''da qadınların təklər yarışında 3-cü mərhələyə yüksələn ilk türkiyəli tennisçi kimi tarixə düşüb!
3-cü mərhələdə isə Zeynəb Yuliya Putintseva ilə qarşılaşacaq.