Avstraliyadan Rusiyaya yeni sanksiya...

24.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Avstraliya hökuməti 70 Rusiya vətəndaşına qarşı sanksiya və 79 Rusiya müəssisəsinə maliyyə məhdudiyyətləri tətbiq edib.

Axar.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Penni Vonq deyib.

Nazirin sözlərinə görə, yeni sanksiyalar paketi Avstraliyanın 2022-ci ilin fevralından bəri tətbiq etdiyi ən əhəmiyyətli sanksiyalar paketi olub:

"Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşdirilməsində iştirak edən müəssisə və vətəndaşlara qarşı əlavə məhdudiyyətlər tətbiq edilib.

Həmçinin, sanksiyalarla yanaşı, Rusiyaya dronların, onların komponentlərinin və PUA texnologiyaları ilə bağlı istənilən xidmətlərin tədarükünə qadağa qoyulub".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью