Avstraliyadan Ukraynaya 100 milyon dollarlıq YARDIM

19.06.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Avstraliya hökuməti Ukraynaya vacib hərbi texnikanın alınması üçün əlavə 100 milyon dollar yardım edəcək.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə  Avstraliya Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Avstraliya hökuməti növbəti 12 ay ərzində hər biri 50 milyon dollar olmaqla iki əlavə ianə edəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında Avstraliya üzv dövlətlərə Ukraynanın müdafiəsi üçün ABŞ silahları almağa imkan verən NATO təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələbləri Siyahısı (PURL) vasitəsilə 50 milyon dollar ayırmağı vəd etmişdi. Avstraliya Müdafiə Nazirliyindən vurğulanıb ki, yeni 100 milyon dollarlıq ianə ilə birgə Avstraliya Ukraynaya ümumi 1,8 milyard dollardan çox yardım göstərib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью