525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliya xalqı İsrailə etiraz etmək üçün 100 həftədir hər bazar günü küçələrə axışır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın böyük şəhərlərində, xüsusən də ölkənin ikinci ən böyük şəhəri Melburnda keçirilən 100-cü bazar nümayişi bu həftə baş tutub. Melburn şəhər mərkəzindəki Dövlət Kitabxanasının qarşısına toplaşan minlərlə insan İsrailin hücumlarının dərhal dayandırılmasını və Avstraliya hökumətinin İsrailə qarşı sanksiyalar tətbiq etməsini tələb edib.
Qeyd edək ki, Melburn şəhər mərkəzində polisin geniş təhlükəsizlik tədbirləri gördüyü nümayiş təxminən üç saat davam edib.
Məhəmməd Tağıyev