Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Milli Mətbuat Klubunda jurnalistlərə açıqlama verən Entoni Albanese Los-Ancelesdəki etirazları işıqlandırarkən 9News-un ABŞ müxbiri Tomasinin plastik güllə ilə vurulması görüntülərinin "dəhşətli" olduğunu bildirib.
Canlı yayımlanan görüntülərin polisin Tomasini hədəf aldığını açıq şəkildə göstərdiyini vurğulayan Albanese: “Tomasi mətbuat mənsubu olduğu aydın idi. Bununla bağlı heç bir qeyri-müəyyənlik yoxdur. O, idman kostyumu yox, mətbuat nümayəndəsi olduğunu göstərən paltar geyinmişdi”, - deyib.
Tomasi ilə danışdığını və müxbirin vəziyyətinin yaxşı olduğunu bildirən Albanese: "O, çox dözümlü bir insandır. Hazırda vəziyyətinin yaxşı olduğu görünür", - deyib.
Avstraliyalı müxbir Lauren Tomasi Los-Ancelesdəki etiraz aksiyalarını işıqlandırarkən ayağından rezin güllə ilə vurulub və hadisə kameralara düşüb. Görüntülərdə polis məmurunun Tomasi və onun operatorunu nişan alaraq atəş açması əks olunub.
Los-Ancelesdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək nümayişləri davam edərkən, ABŞ administrasiyası sərt açıqlamalar verib.
Anti-ICE etirazlarında bir çox etirazçı saxlanılıb, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında zaman-zaman toqquşmalar olub.
ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki vəziyyətə nəzarət etmək üçün Milli Qvardiyanı yerləşdirdiyini açıqlayıb və regionda baş verən hadisələrdə Demokrat liderləri günahlandırıb.
Qadir, Bizimyol.info