Avstraliyanın Melburn şəhərində Azərbaycan musiqisi gecəsi keçirilib

29.11.2024

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstraliya İttifaqının Melburn şəhərində Azərbaycan musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Konsert “AYTAY” musiqi qrupunun rəhbəri Aslan Şərifi tərəfindən təşkil edilib. 

Tədbirdə soydaşlarımızla yanaşı, əcnəbilər də daxil olmaqla 350 nəfərə yaxın qonaq iştirak edib. Konsertdə Emin Sabitoğlu, Cahangir Cahangirov, Tofiq Quliyev, Ramiz Mirişli kimi Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib, “AYTAY”ın rəqs qrupu tərəfindən milli rəqslərimiz nümayiş olunub. Böyük rəğbətlə qarşılanan konsert Rəşid Behbudovun “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью