Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avstriyanın paytaxtı Vyanada 41 dərəcə Selsi ilə yeni "bütün zamanların temperatur rekordu" qeydə alınıb.
Avstriyanın ictimai yayımçısı ORF-in məlumatına görə, Vyananın Stammersdorf rayonunda temperatur günortadan sonra 41 dərəcə Selsiyə çatıb.
Stammersdorf stansiyası dünən yerli vaxtla saat 13:30-da "40 dərəcəlik həddi aşan ilk ölçmə" barədə məlumat verib. Bad Deutsch-Altenburg və Langenlebarn stansiyaları yarım saat sonra eyni həddi keçib.
Beləliklə, bu 3 stansiyada ölçülən temperatur dəyərləri 2013-cü ildə Bad Deutsch-Altenburgda qeydə alınan əvvəlki 40,5 dərəcə Selsi milli rekordunu keçib.
Meteoroloqlar sabah üçün də "ən yüksək temperatur" proqnozlaşdırırlar. Çərşənbə axşamı və çərşənbə günləri Vyana, şimali Burgenland və şimal-şərqi Aşağı Avstriya üçün ən yüksək hava xəbərdarlığı olan "qırmızı" xəbərdarlıq elan edilib.
Avstriya boyunca, 1500 metr hündürlükdən aşağıda yerləşən təxminən 250 hava müşahidə stansiyasından yalnız 22-si yerli vaxtla saat 14:00-a qədər maksimum temperaturun 30 dərəcədən aşağı olduğunu qeydə alıb.
M.MİRZƏ
XQ