Avstriya dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsini dəstəkləyib

18.04.2025

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstriya dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsini dəstəkləyib

Avstriyanın maliyyə naziri Markus Marterbauer Ukraynaya əlavə yardım göstərmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadəni dəstəkləyir. Bu barədə Bloomberg məlumat yayıb.

"Mən bu müzakirələri əsaslı şəkildə ağlabatan hesab edirəm. Əgər birgə qərar qəbul olunarsa, Avstriya da onun bir hissəsi olacaq, lakin biz təşəbbüs göstərməyəcəyik", - o deyib.

Marterbauerin bu sözləri Varşavada Avropa İttifaqı həmkarları ilə görüşündən sonra deyib. Ötən həftə maliyyə nazirləri Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə və ABŞ-ın davamlı hərbi dəstəyi ilə bağlı artan qeyri-müəyyənliyə cavab olaraq blokun yenidən silahlanma səylərini sürətləndirmək variantlarını müzakirə ediblər.

Jurnalistlər xatırladıblar ki, İspaniyanın maliyyə naziri Karlos Kuerpo yeni müdafiə fondunun yaradılmasını təklif edib. O qeyd edib ki, Rusiya Mərkəzi Bankının Avropada saxlanılan 200 milyard avro məbləğində aktivlərinin bir hissəsi də Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi və Ukraynaya dəstək üçün istifadə oluna bilər.

Əziz Mustafa, Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью