Avstriya kansleri deyib ki, Tramp Putin haqqında onun fikrini soruşub

27.11.2024

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avstriya kansleri Karl Nehammer ABŞ seçkilərində qalib gələn respublikaçı Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə bağlı fikirləri ilə maraqlandığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə kansler "Puls24" telekanalında Trampla telefon danışığı barədə açıqlama verərkən deyib.

“O, bilmək istəyirdi ki, məndə prezident Putin haqqında hansı təəssürat yaranıb. Bu, həqiqətən də onun marağını göstərir”, - deyə kansler qeyd edib. Söhbət zamanı Nehammer respublikaçını seçkilərdə qazandığı qələbə münasibətilə də təbrik edib. Onun sözlərinə görə, Tramp dialoqa “çox yaxşı hazırlaşıb” və dərhal Ukrayna məsələsini müzakirə etməyə başlayıb. Bununla belə, kansler qeyd edib ki, o, ABŞ-ın seçilmiş prezidenti ilə münaqişənin mümkün həllinin təfərrüatlarını hələ müzakirə etməyib.

Qeyd edək ki, noyabrın 5-də keçirilən seçkilərdə Tramp Demokratların nümayəndəsi Kamala Harrisə qalib gələrək yenidən ABŞ prezidenti seçilib. Bundan əlavə, respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью