Avstriya məktəbində mumiyalanmış uşaq meyiti aşkarlandı

08.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Yuxarı Avstriyanın Vöklabruk şəhərində bərpa işləri zamanı uşağın qismən mumiyalanmış cəsədi tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Heute" yazır.

Polisin mətbuat xidməti məktəbdə təmizlik işləri zamanı insan skeletinin aşkar edildiyini bildirib. Müayinədən sonra skeletin uşağa aid olduğu müəyyənləşib.

İstintaqı prokurorluqla sıx əməkdaşlıq edən Dövlət Kriminal Polis İdarəsi öz üzərinə götürüb.

İlkin məlumatlara görə, cəsəd üzərində zorakı ölüm əlamətləri yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью