Avstriya Parlamentinin üzvü təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyinə baş çəkib AZƏRTAC

27.12.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vyana, 27 dekabr, AZƏRTAC

Avstriya-Azərbaycan dostluq qrupunun adından “Azərbaycan Hava Yolları”nın (AZAL) sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

AZƏRTAC xəbər verir ki, Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Andreas Minnix bu barədə öz “X“ hesabında paylaşım edib. Təyyarə qəzası ilə əlaqədar ölkəmizin Avstriyadakı səfirliyinə baş çəkən avstriyalı siyasətçi başsağlığı kitabında ürək sözlərini yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью