Avstriya səfirliyində İmadəddin Nəsiminin yaradıcılığına həsr olumuş musiqili gecə keçiril…
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran ThiKhanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir idi.
AZXEBER.COM xəbər verir ki, əslən Vyetnamlı olan xanım Trangın öz mənzilində böyük sevgiylə təşkil etdiyi bu tədbirin mövzusu -Nəsimi, onun ədəbi və fəlsəfi yaradıcılığı idi.
Tədbirin digər təşkilatçısı isə ixtisasca həkim olan, ədəbi, fəlsəfi irsimizi sevib təbliğ edən, klassik ədəbi şəxsiyyətlərimiz, eləcə də, Nəsimi barədə geniş məlumata malik olan Arzu Rüstəmova idi.
O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə MərkəzininAvstriya səfirliyi ilə birgə dostluq yə əməkdaşlığı sayəsində böyük Nəsimi bir daha yad edildi, beynəlxalq auditoriyaya təqdim edildi.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak edirdilər.
Nəsiminin "Neylərəm", "Sığmazam" və digər əsərləri Səbinə Ərəblinin təkrarsız ifasında məclisə sehrli bir ovqat verdi.
Tədbirin məxsusi ruhu, fərqli mədəniyyət daşıyıcılarını ortaq bir nöqtədə valeh edə bilməsi, Nəsimi dühasına heyranlıq bir daha göstərdi ki, Qərb və Şərqi birləşdirən bu ortaq dəyərlər üzərindən yola çıxaraq dünyada bir çox ziddiyyətləri cözməkmümkündür.
Tam oxu
Xəbəri oxu