Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...

18.07.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Premyer-liqa klubları yeni mövsümə hazırlığı davam etdirir. Əvvəlki yazılarda hər klubun toplanışı, yoxlama oyunlarındakı rəqibləri haqda məlumat vermişdik. Bu dəfə daha yığcam bilgi ilə tanış olun.

Avrokubok iştirakçıları ilə bağlı vəziyyət aydındı. “Sabah” və “Qarabağ” Avstriyada, “Neftçi” Sloveniyada, “Zirə” Türkiyədə toplanış keçib. Bu komandalar qədər iddialı olmaq istəyən “Turan Tovuz” da iyulun 4-dən qonşu ölkədədi.
Daha 5 klub - “Şamaxı”, “Kəpəz”, “Qəbələ”,“Sumqayıt”, “İmişli” Qəbələdə hazırlıq keçir. “Şəfa” və “Araz-Naxçıvan” Bakıdan kənara çıxmayacaq.
Xatırladaq ki, yeni mövsüm avqustun 14-ü start götürəcək.
İSRAYIL XEYRULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью