Avstriya Tehrandan Bakıya köçürülən səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır

17.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Avstriya İran-İsrail münaqişəsi səbəbindən Tehrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.

APA xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hazırda nazirlik Tehrandakı səfirliyin fəaliyyətini bərpa etməyi planlaşdırır və konsul xidmətləri də tədricən davam etdiriləcək.

Qeyd edək ki, Avstriya 12 günlük İran-İsrail müharibəsi zamanı İrandakı səfirliyinin fəaliyyətini azaldan və ya dayandıran Avropa ölkələrindən biridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью