Avstriya Trampa Ukrayna danışıqları üzrə vasitəçi rolunu təklif edib

27.11.2024

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev və Moskva arasında münaqişəyə son qoymaq mümkünlüyü Nehammerlə Trampın söhbətinin əsas mövzusu olub

Avstriyanın kansleri Karl Nehammer ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla telefon söhbətində deyib ki, Avstriya hakimiyyəti Ukrayna münaqişəsinin tərəflərini sülh danışıqları platforması ilə təmin etməyə hazırdır. AYNA xəbər verir ki, bu barədə ORF telekanalı məlumat yayıb.

Bildirilib ki, Kiyev və Moskva arasında münaqişəyə son qoymaq mümkünlüyü Nehammerlə Trampın söhbətinin əsas mövzusu olub.

Dialoq zamanı Nehammer Vyananın münaqişə tərəfləri arasında əlaqə yaratmağa hazır olduğunu təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью